Qazaxda futbol üzrə nümunəvi çıxışlar
- 16 Dek 2023 11:21
- 288
Qazax şəhər mərkəzi stadionunda Qazax-Tovuz Regional Gənclər və idman idarəsi tərəfindən idman hamı üçün layihəsi çərçivəsində futbol üzrə nümunəvi çıxışlar keçirilib.
Rekord.az xəbər verir ki, tədbirdə Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin idman sektorunun baş məsləhətçisi, əməkdar məşqçi Anar İbrahimov çıxış edərək yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, zərərli vərdişlərdən uzaqlaşdırmaq və sağlam həyat tərzinin təbliğ olunmasının vacibliyini bildiribdir.
Daha sonra gənclərin nümunəvi çıxışlarına baxılıbdır.Tədbirin sonunda istedadlı futbolçular Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunubdur.