Qazax Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə ustad dərsləri keçirilib.

Rekord.az xəbər verir ki, tədbirdə Qazax-Tovuz Regional Gənclər və idman İdarəsinin sektor müdiri, sərbəst güləş üzrə SSRİ idman ustası, Azərbaycan Respublikasının əməkdar məşqçisi Sahib Namazov çıxış edərək, ölkəmizdə idmana və idmançılara göstərilən dövlət qayğısından, idmançılarımızın dünya, Avropa və Olimpiya Oyunlarında qazandıqları uğurlardan danışıb.

Ustad dərsində yeniyetmələr məşqçi- müəllim Tərxan Əhmədovun rəhbərliyi altında müxtəlif fəndlər yerinə yetirmiş, o cümlədən sərbəst güləş idman növü haqqında ətraflı məlumat əldə ediblər. Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd əhali arasında idmana maragın artırılması, sərbəst güləş idman növünün inkişaf etdirilməsi, texniki və taktiki hazırlıqların yüksəldilməsi, saglam həyat tərzinə çagırış və asudə vaxtın səmərəli təşkilidir.

Ustad dərsində 28 nəfər idmançı iştirak edibdir.