Qazax rayonunun Dəmirçilər kənd idman zalında sərbəst güləş üzrə 2007- 2008- ci il təvəllüdlü yeniyetmələr arasında Qazax- Tovuz Regional Gənclər və idman İdarəsinin nəzdində fəaliyyət göstərən Qazax rayon Uşaq-Gənclər İdman Məktəbinin birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, yarışın açılışında Uşaq-Gənclər İdman Məktəbinin direktoru, sərbəst güləş üzrə Azərbaycan Respublikasının idman ustası, əməkdar məşqçi Rəhim Namazov çıxış edərək, yarış iştirakçılarını salamlayıb və onlara ugurlar arzulayıb.

Yarışda qalib uğrunda 67 nəfər idmançı mübarizə aparmışdır.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda birinci, ikinci və üçüncü yerləri tutan idmançılar Qazax- Tovuz Regional Gənclər və idman İdarəsi tərəfindən müvafiq diplomlarla təltif olunublar.