Qazax Olimpiya İdman Kompleksində və Qazax rayon Məhəmmədəli adına güləş zalında “İdman hamı üçün” layihəsi çərçivəsində güləş hamı üçün idman tədbiri keçirilib.

Rekord.az xəbər verir ki, tədbirdə Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin idman sektorunun baş məsləhətçisi Anar İbrahimov çıxış edərək ölkəmizdə idmana və idmançılara göstərilən dövlət qayğısından, güləşçilərmizin avropa , dünya və olimpiya oyunlarında qazandıqları nai liyyətlərdən söz açıb.

Qeyd olunub ki, bu kimi tədbirlərin keçirməkdə əsas məqsəd yeniyetmə və gəncləri idmana cəlb etmək, rayonda güləş idman növünü inkişaf etdirmək, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkil etməkdir.

Daha sonra tədbir iştirakçıları idmançıların nümunəvi çıxışlarına baxıblar.