Qazaxda Karate do üzrə açıq turnir keçirilib
- 25 Mar 2024 10:00
- 220
Qazax Olimpiya İdman Kompleksində şəhid Mustafayev Ramiz Bağman oğlunun xatirəsinə Karate do üzrə açıq turnir keçirilib.
Rekord.az xəbər verir ki, turnirdə Sumqayıt, Gəncə şəhərindən və Ağstafa, Tovuz, Qazax rayonlarından 12 komanda olmaqla 126 idmançı iştirak edib.
Turnirin rəsmi açılışında Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Ağstafa RİH-nin şöbə müdiri Ariz Qədiməliyev, Azərbaycan Karate Federasiyasının baş katibi Qabil İsayev, Dünya Fudokan Federasiyasının Azərbaycandakı nümayəndəsi Vüsal Abdullazadə, Fudokan Federasiyasının Gəncə-Qazax üzrə nümayəndəsi Samir Ələkbərov, QƏQİB-nin Ağstafa Rayon şöbəsinin sədri Ceyhun Əliyev, şəhid Ramiz Mustafayevin valideyinləri Bağman Mustafayev, Mahnur Mustafayeva və şəhid qızı Nəcmiyyə Sədizadə çıxış edərək şəhid Ramiz Mustafayevin döyüş yolundan və bu kimi yarışların keçirilməsinin əhəmiyyətindən danışıblar.Gərgin mübarizə şəraitində keçən turnirdə yüksək nəticə əldə etmiş idmançılar diplom və medallarla təltif olunublar.