Qazax - Tovuz Regional Gənclər və İdman idarəsi tərəfindən Qazax Olimpiya İdman Kompleksində yeniyetmə və gənclər arasında kross qaçışı üzrə turnir keçirilib.

Rekord.az xəbər verir ki, turnirdə Qazax -Tovuz Regional Gənclər və İdman idarəsinin rəis müavini Elçin Cəfərov çıxış edərək idmanın insan həyatındakı rolundan danışıb.

İdarənin İdman sektorunun müdiri Sahib Namazov yarış qaydaları haqqında iştirakçılara ətraflı məlumat verib, onlara uğurlar arzulayıb.

Yarışda 9 -11 yaşlılar arasında Həsənov Cəfər Hamlet oğlu I yeri, Qasımlı Məhəmməd Teymur oğlu II yeri, Mehtiyev Ömər Füzuli oğlu III yeri, 12-14 yaşlılar arasında Qurbanov Rəşad Elxan oğlu I yeri, Kazımov Asim Qurban oğlu II yeri, Qurbanov İbrahim Elçin oğlu III yeri, 15-17 yaşlılar arasında Qurbanov Rasim Elxan oğlu I yeri, Mustafayev Cavad Sərxan oğlu II yeri, Nuriyev Nurlan Səxavət oğlu III yeri qazanıblar. Qaliblərə Qazax - Tovuz Regional Gənclər və İdman idarəsinin diplomları təqdim olunub.