Qazax Rayon Gənclər və idman İdarəsində Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi, sərbəst güləş üzrə SSRİ idman ustası, əməkdar məşqçi Ramiz Tagıyevin 75 illik yubileyi ilə əlaqədar olaraq görüş keçirilib.

Rekord.az xəbər verir ki, görüşdə Qazax Rayon Gənclər və idman İdarəsinin rəis əvəzi,sərbəst güləş üzrə SSRİ idman ustası, əməkdar məşqçi Sahib Namazov, Qazax Gənclər Evi SXM- nin direktoru Vüsal Hüseynov, Qazax Rayon Gənclər və idman İdarəsinin məsləhətçisi, sərbəst güləş üzrə əməkdar məşqçi Anar İbrahimov və Qazax Rayon Uşaq Gənclər İdman Məktəbinin məşqçi- müəllimi, sərbəst güləş üzrə SSRİ idman ustası, əməkdar məşqçi Fazil İsmayılov iştirak ediblər.

Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse- prezident Mehriban Əliyevanın ölkədə idmanın inkişafına göstərdikləri diqqət və qayğıdan, Azərbaycan idmançılarının beynəlxalq yarışlarda əldə etdikləri uğurlardan danışaraq qeyd ediblər ki, bu ugurların qazanılmasında Ramiz Tagıyevin də xidmətləri var. Bu gün onun yetirmələri müxtəlif beynəlxalq yarışlarda Dövlət himnimizi səsləndirir və bayragımızı yüksəldirlər.

Ramiz Tağıyev 75 illik yubileyi ilə əlaqədar görüşün keçirilməsi, eləcə də ölkəmizdə idmana göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya xüsusi minnətdarlıgını bildirib və Qazax Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşova təşəkkür edib.

Görüşün yekununda Ramiz Tağıyev 75 illik yubileyi münasibətilə, idman sahəsindəki uzun müddətli məhsuldar və səmərəli fəaliyyətinə görə Qazax Rayon Gənclər və idman İdarəsinin Diplomu ilə təltif olunub.

Sonda xatirə şəkli çəkdirib.