Qazax şəhər Heydər Əliyev adına mədəniyyət və istirahət parkında yeniyetmələr arasında şahmat üzrə tempo turnir keçirilib.

Rekord.az xəbər verir ki, turnirdə Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının və Qazax-Tovuz Regional Təhsil idarəsinin nəzdində fəaliyyət göstərən Qazax rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin məsul şəxsləri iştirak ediblər.

Yarışda Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin İdman sektorunun aparıcı-məsləhətçisi Rəşad Abbaslı, Qazax rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru Məmməd Məmmədov və Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının sədri Pəri İbrahimova çıxış edərək, turnirdə iştirak edən idmançılara uğurlar arzu ediblər. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda oğlanlar arasında 1-ci yeri Carçılı Hidayət İslam oğlu, 2-ci yeri Mərdəliyev Yusif Elməddin oğlu, 3-cü yeri Rzayev Süleyman Nəsimi oğlu qızlar arasında 1-ci yeri Oruclu Aylin Əfsun qızı, 2-ci yeri Bəkirli Sevda Nadir qızı, 3-cü yeri Bəkirli Ləman Nadir qızı tutub.

Qaliblər Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin müvafiq diplomları ilə təltif olunublar.

Yarışda ümumillikdə 20 nəfər yeniyetmə şahmatçı iştirak edib.