Qazax Olimpiya İdman Kompleksində 26-fevral ''Xocalı soyqırımı''nın 32-ci ildönümünə həsr olunmuş Qazax rayon Uşaq Gənclər İdman Məktəbinin U-15 yeniyetmələr arasında sərbəst güləş üzrə açıq birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, yarışda öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib,daha sonra faciə qurbanlarının və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yarışın açılışında Qazax-Tovuz Regional Gənclər və idman İdarəsinin sektor müdiri SSRİ idman ustası,əməkdar məşqçi Sahib Namazov,Qazax UGİM-nin direktoru Azərbaycan Respublikasının idman ustası, əməkdar məşqçi Rəhim Namazov çıxış edərək Xocalı soyqırımı barədə ətraflı məlumat veriblər və yarış iştirakçılarını salamlayıb, onlara uğurlar arzulayıblar. Yarışda qalib adı uğrunda Qazax və Ağstafa UGİM- dən 80 nəfər idmançı mübarizə aparıb. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda yüksək nəticə əldə etmiş idmançılar Qazax- Tovuz Regional Gənclər və idman idarəsi tərəfindən müvafiq diplomlarla təltif olunublar.