Qazax şəhər 5 saylı tam orta məktəbin idman zalında “İdman hamı üçün” layihəsi çərçivəsində yunan roma güləşi üzrə idman tədbiri keçirilib.

Rekord.az xəbər verir ki, tədbirdə Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin idman sektorunun baş məsləhətçisi əməkdar məşqçi Anar İbrahimov çıxış edərək bildirib ki, ölkəmizdə idmançılara göstərilən dövlət qayğısından, idmançılarımızın avropa, dünya və olimpiya oyunlarında qazandıqları nailiyyətlərdən söz açıbdır.

Qeyd olunub ki, bu kimi tədbirlərin keçirməkdə əsas məqsəd yeniyetmə və gəncləri idmana cəlb etmək, rayonda yunan-roma idman növünü inkişaf etdirmək, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkil etməkdir. Daha sonra əməkdar məşqçi müəllim Şücayət Nağdalıyevin rəhbərliyi altında idmançıların nümunəvi çıxışlarına baxıblar.