Qazax şəhər 5 saylı tam orta məktəbin idman zalında “İdman hamı üçün” layihəsi çərçivəsində yunan roma güləşi üzrə nümunəvi çıxışlar keçirilib.

Rekord.az xəbər verir ki, tədbirdə Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmalıyev, idman sektorunun baş məsləhətçisi Anar İbrahimov çıxış edərək ölkəmizdə idmançılara göstərilən dövlət qayğısından, idmançılarımızın avropa, dünya və olimpiya oyunlarında qazandıqları nailiyyətlərdən söz açıblar.

Qeyd olunub ki, bu kimi tədbirlərin keçirməkdə əsas məqsəd yeniyetmə və gəncləri idmana cəlb etmək, rayonda yunan-roma idman növünü inkişaf etdirmək, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkil etməkdir.

Daha sonra Yunan roma güləşi üzrə əməkdar məşqçi müəllim Şücayət Nağdalıyev rəhbərliyi altında idmançıların nümunəvi çıxışlarına baxıblar.