Qazaxıstan millisinin baş məşqçisi Bakı klubunda
- 30 Avq 2023 14:10
- 539
Bakının “Azərreyl” klubu müəyyən fasilədən sonra kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında mübarizə aparacaq. "Rekord.az" xəbər verir ki, komandanın çempionatda inamlı çıxışı üçün artıq formalaşmasına start verilib.
Əsasən gənclərdən qurulacaq “Azərreyl”in inkişafı üçün kluba təcrübəli mütəxəssis cəlb olunub. Komandada baş məşqçi postu Qazaxıstan millisinin çalışdırıcısı Boris Qrebennikova həvalə edilib. Qazaxıstan və Fransa vətəndaşlığı olan çalışdırıcı ilə 1 illik müqavilə imzalanıb. Onun qarşısına əsas hədəf kimi “Azərreyl” yüksəklərə daşımaq və Azərbaycan milli komandasına yeni adlar qazandırmaq tapşırığı qoyulub. Boris Qrebennikov, eyni zamanda Qazaxıstan yığmasında da baş məşqçi kimi işini davam etdirəcək.
65 yaşlı mütəxəssis bundan əvvəl Fransanın kişilərdən ibarət “Renn” klubunda oynayan məşqçi, daha sonra baş məşqçi kimi çalışıb. Bu komandaya ölkə kubokunu qazandırıb. Mütəxəssis ardınca Rusiyada “Qazprom-Yuqra” və “Ural” kimi böyük komandaların “sükanı arxasında” olub. Tunisdə “Etual du Sahel”də də işləyən çalışdırıcı burada ölkə çempionatını və Superkubokunu qazanıb.
Qeyd edək ki, “Azərreyl”in qadınlardan ibarət komandası Cengiz Akarçeşmeyə həvalə olunub.