Qazaxıstanlı boksçu Putini qatil adlandırdı VİDEO
- 31 Mar 2022 18:32
- 634
Qazaxıstan boksçusu Temirlan Raimkulov amerikalı İsaya Şeldonu məğlub edib. Döyüşdən sonra idmançı Rusiyanın hücumuna məruz qalan Ukraynaya dəstəyini ifadə etmək qərarına gəlib.
Rekord.az xəbər verir ki, Raimkulov Ukrayna bayrağını götürərək Rusiya prezidenti Vladimir Putini qatil adlandırıb.
“Ukraynaya dəstəyimi bildirmək istəyirəm. Çünki məşqçim də ukraynalıdır, dayım da. Hazırda Ukraynada müharibə gedir. Çox dəhşətlidir. Orada günahsız insanlar ölür. Müharibəyə yox! Yalnız sülh! Putin qatildir”, - deyə Raimkulov bildirib.