"Qəbələ"nin yardım üçün yenidən AFFA-ya müraciət etdiyi haqda məlumat vermişdik. Federasiya da müəyyən şərtlər qarşılığında bu yardımı etməyə razıdır.

Lakin Rekord.az xəbər verir ki, "Qəbələ" məbləğin artırılmasını xahiş edir.

Çünki əvəzedici komandanın da bərpası fonunda 1.5 milyon manat bəs etməyəcək. Ona görə də klub maliyyə yardımının 2 milyon manata qaldırılmasını xahiş edir.