"Qəbələ" AFFA-nı çətin vəziyyətdə qoyub
- 01 İyl 2021 14:00
- 707
"Qəbələ"nin əvəzedici komandası növbəti mövsümdə də I Divizonda iştirak etməyə bilər.
Rekord.az xəbər verir ki, klub hələ də AFFA-ya müsbət cavab verməyib.
Səbəb isə klubun büdcəsinin bu yükü qarşılamağa kifayət etməməsidir. Düzdür, AFFA ümumilikdə bu kluba 1.5 milyon manat yardım ayıracaq. Lakin həmin məbləğ əsas komandaya və akademiyaya güclə çatır. Əvəzedicilərin I Divizionda iştirakı üçün əlavə 150-200 min manat lazımdır. Hazırda "Qəbələ" rəhbərliyi bu yöndə federasiya ilə danışıqlar aparır.