AFFA-nın növbəti mövsüm üçün “Qəbələ”yə 1.5 milyon manat maliyyə vəsaiti ayıracağı haqda məlumat vermişdik.

Lakin Rekord.az-a daxil olan məlumata görə, federasiya bu dəfə klub qarşısında şərt qoymağı düşünür: əvəzedici komanda bərpa edilib I Divizonda iştirak etməlidir.

Bu tələb isə “Qəbələ”ni qnae etmir. Çünki 1.5 milyon manatla heç əsas komandanın xərclərini qarşılamaq olmur, o ki qala əvəzedici komanda ola. Federasiya ya gərək məbləği artıra, ya da əvəzedici komanda məsələsində kluba basqı göstərməsin.