“Araz-Naxçıvan” "Qəbələ"yə qarşı keçirəcəyi Azərbaycan Premyer Liqasının 10-cu tur oyununa itkilərlə çıxacaq.

Rekord.az xəbər verir ki, İsmail Azzaui zədə səbəbindən meydana çıxa bilməyəcək.

Vanderson isə cəzalı olduğu üçün qarşılaşmanı buraxacaq.

“Qəbələ” də bu oyuna itkilərlə çıxacaq. Ev görüşünün hazırlığında “qırmızı-qaralar”ın 3 futbolçusu iştirak etməyib. Asif Məmmədov, Fares Abu Akel və Kristof Atanqana bərpa prosesini davam etdirirlər. 

Qeyd edək ki, "Qəbələ" - "Araz-Naxçıvan" görüşü bu gün saat 16:30-da start götürəcək.