Bu gün Misli Premyer Liqasında 10-cu tura yekun vurulub.

Rekord.az xəbər verir ki, turun son matçı Qəbələdə baş tutub.

Burada “Qəbələ” ilk dövrədə 2 cavabsız qolla uduzduğu “Araz-Naxçıvan”ı qəbul edib. Bol qolluq matç qonaqların qələbəsilə yekunlaşıb.

Xatırladaq ki, turun əvvəlki oyunlarından ikisi heç-heçə bitib.“Turan Tovuz” – “Qarabağ” (2:2) və “Kəpəz” – “Zirə” (0:0) oyunlarında qalib müəyyənləşməyib. “Səbail” evdə “Neftçi”yə 2:4 hesabıyla uduzubsa, “Sabah” “Sumqayıt”ı 3:1 hesablı məğlubiyyətlə yola salıb.

Misli Premyer Liqası
10-cu tur

22 oktyabr

“Qəbələ” – “Araz-Naxçıvan” 1:4
Qollar: Samuel Tetteh, 37 – Turan Manafov, 32. Məhəmməd Kadiri, 44. Elvis Maşike, 69. Miço Kuzmanoviç, 71.
Qırmızı vərəqələr: İlkin Qırtımov, 28. Osama Xalayla, 60.
Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Vüsal Məmmədov, Əli Əliyev.
Qəbələ şəhər stadionu, 16:30.

Qəbələ: 1. Rəşad Əzizli, 2. İlkin Qırtımov (k), 34. Ürfan Abbasov, 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 19. Samuel Tetteh, 9. Əyyub Allaş, 72. Osama Xalayla, 8. Gilad Abramov.
Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 3. Zurab Oçiqava, 99. Ahmed Ayzaya, 17. Yaovi Akakpo, 10. Omar Hani.
Baş məşqçi: Elmar Baxşıyev.
Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 10. Orxan Əliyev, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 19. Aksel Nqando, 23. Nuno Rodriqes, 42. Məhəmməd Kadiri, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç (k).
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 39. Tural Bayramlı, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 9. Elvis Maşike.
Baş məşqçi: Azər Bağırov.