“Qəbələ”nin braziliyalı futbolçusu Rafael Utziq Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyundan danışıb.

Rekord.az xəbər verir ki, o 2:0 hesabı ilə qalib gəldikləri oyun günündə - avqustun 8-də doğum gününü qeyd etdiyini vurğulayıb.

Komandasının ikinci qoluna imza atan 26 yaşlı hücumçu bunun üçün çox sevindiyini bildirib:

“Heç vaxt doğum günümdə rəsmi matçda iştirak etməmişdim. Oyunun sonunda "Qəbələ" azarkeşlərinin doğum günümü təbrik etməsi xoş oldu. Mövsümə yaxşı başlamaq üçün çox çalışırdım, hələ də çalışıram. Ümid edirəm ki, komanda və öz şəxsi məqsədlərimə çatacağam”.