“Qəbələ” Azərbaycan birinciliyinin qalibi oldu
- 16 İyl 2021 12:30
- 650
“Qəbələ”nin yeniyetmələrdən ibarət komandası reqbi-7 üzrə Azərbaycan birinciliyinin qalibi olub.
Rekord.az klubun saytına istinadən xəbər verir ki, ilk dəfə təşkil olunan yeniyetmələr arasında birincilik Şəmkirdə baş tutub.
Üç gün davam edən yarış Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Reqbi Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib.
“Qəbələ” Şəmkir Olimpiya İdman Kompleksində baş tutan yarışda mübarizə aparan 8 komanda arasında ən yaxşı olub. Qəbələlilər Bakı, Gəncə, Sumqayıt, Şəki, Naftalan, Şəmkir və Gədəbəy komandalarını üstələyib.
Olimpiya növü olan reqbi-7 üzrə yeniyetmələr arasında yarış Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, xüsusi karantin rejiminin qaydalarına əməl edilməklə və həkim nəzarəti altında keçirilib.