“Qəbələ” mövsümün ikinci yarısına hazırlığı davam etdirir.

Rekord.az xəbər verir ki, yanvarın 4-də bir araya gələn “qırmızı-qaralar” məşqlərini Bakıda gerçəkləşdirir. 

Gündə bir dəfə məşq edən komanda hazırlığını Bakı Olimpiya Stadionunda keçirir.

“Qəbələ” bu gün yoxlama oyununda qüvvəsini sınayacaq. Elmar Baxşıyevin yetirmələri 2020-ci ildəki ilk matçında MOİK-lə görüşəcək. Ötən mövsümün qalibi olan 1-ci divizion təmsilçisi ilə qarşılaşma Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutacaq. Görüş saat 15:00-da başlayacaq.

Yoxlama oyunu
10 yanvar

15:00. MOİK - Qəbələ
Bakı Olimpiya Stadionu (ehtiyat meydança).