"Qəbələ" I Liqaya düşəndən sonra demək olar ki, bütün legionerləri llə yollarını ayırsa da, Samuel Tette də düşərgədədir.

Rekord.az xəbər verir ki, onun klubla müqaviləsi davam edir.

Lakin maaşı I Liqa səviyyəsində yüksək olduğu üçün, onun saxlanılması kluba sərf etmir. Bunun üçün də futbolçu ilə danışıqlar aparılır ki, bəlli bir kompensasiya müqabilində getməyə razı salsınlar.