“Qəbələ” növbəti mövsümdə də heyətində görmək istədiyi futbolçularla danışıqları davam etdirir.

Rekord.az xəbər verir ki, bu futbolçuların arasında legionerlər də var.

Əldə etdiyimiz məlumata görə, klub rəhbərliyi Nikoles Rayselə yeni müqavilə təklif edəcək. Belə ki, baş məşqçi Elmar Baxşıyev sözügedən futbolçunun xidmətində maraqlıdır.