“Qəbələ” 1-ci Liqada çempionluğu rəsmiləşdirib.

Rekord.az xəbər verir ki, bu, 23-cü tur çərçivəsində baş tutmuş MOİK-lə ev oyununda reallaşıb.

Əyalət təmsilçisi doğma meydanda “hərbçiləri” 1:0 hesabı ilə üstələyərək mövsümün sonuna 4 tur qalmış qızıl medalları təmin edib.

Bu gün həm də “Karvan”la “İmişli” komandaları Premyer Liqaya vəsiqəni təmin ediblər. “Karvan” evdə “Cəbrayıl”ı, “İmişli” isə səfərdə “Zaqatala”nı 2 cavabsız qolla məğlub edib.

Hazırda “Qəbələ” 58 xalla vahid liderdir. “İmişli” 44 xalla ikinci, “Karvan” isə 43 xalla üçüncü pillədə qərarlaşıb.

1-ci Liqa
23-cü tur

25 aprel

“Karvan” – “Cəbrayıl” 2:0
Qollar: Bəhruz Teymurov, 19. Emil Qasımov, 81.

“Zaqatala” – “İmişli” 0:2
Qollar: İdris İnqilablı, 21. Abbas Ağazadə, 61.

“Qəbələ” – MOİK 1:0
Qol: Elşad Tağıyev, 90+7-pen.

Turun digər oyunları:
“Qaradağ Lökbatan” – “Difai” 3:1
“Mingəçevir” – “Baku Sporting” 4:0