"Qəbələ"nin əsas sponsoru olan "Gilan Holdinq" fəaliyyətini rəsmən dayandırıb.

Rekord.az xəbər verir ki, bundan sonra çoxunu narahat edən klubun taleyidir.

Çünki əsas sponsorun fəaliyyətini dayandırması klubun da fəaliyyətini dayandırması ilə nəticələnə bilərdi. Lakin aldğımız məlumata görə, klub fəaliyyətini davam etdirəcək. Təbii ki, dövlətin ayıracağı 3 milyon manatlıq büdcə ilə.