![photo](https://rekord.az/uploads/5/5e489f1-600x300.png)
“Qəbələ” daha bir yetirməsini heyətinə qatdı
- 2024-06-28 18:13
- 96
“Qəbələ” heyətinə daha bir futbolçu qatıb.
Rekord.az xəbər verir ki, müdafiəçi Salman Ələsgərov “qırmızı-qaralar”ın formasını geyinəcək.
23 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
“Qəbələ” akademiyasının yetirməsi olan Ələsgərov 2021-23-cü illərdə “Qəbələ-2”nin formasını geyinib. O, ötən mövsümdə “Şamaxı”nın uğurları üçün çalışıb. Salman karyerası ərzində “Səbail-2” və “Zaqatala”da da çıxış edib. Müdafiəçi Azərbaycanın U-18 millisinə də cəlb olunub.
“Qəbələ” bunadək qapıçı Müşfiq Nadirov, müdafiəçi Vüqar Həsənov və yarımmüdafiəçi Urfan İsmayılovu da heyətinə qatıb.