Bu mövsüm uğurlu legioner seçimləri edən "Qəbələ" qışa qədərki dövr üçün transferlərini yekunlaşdırsa da, qışdan sonrakı dönəm üçün indidən hazırlıq görür.

Rekord.az-a daxil olan məlumata görə, klub rəhbərliyi hazırda Avropada çıxış edən daha iki futbolçu ilə danışıqlar aparır.

Onlardan biri ilə yayda da danışıq olsa da yekunda razılıq əldə olunmamışdı. Rəhbərlik danışıqları yenidən bərpa edib. Danışıqlar müsbət yeunlaşsa hər iki futbiolçu yanvar ayında "Qəbələ"nin düşərgəsinə gələcək.