Məlum olduğu kimi, "Zirə" ilə matçdan sonra Dimitrios Çantakiasla qalmaqal yaşayan "Qəbələ"nin futbolçusu Ehtiram Şahverdiyev qırmızı vərəqə almışdı.

Rekord.az xəbər verir ki, bu vərəqəyə görə AFFA İntizam Komitəsinin onu cəzalandıracağı dəqiqdir.

Lakin maraqlı olan digər məsələ, klubunun ona hansı cəzanı verəcəyidir. Lakin  əldə etdiyimiz məlumata görə, "Qəbələ" Ehtirama heç bir cəza verməyəcək. Sadəcə, rəhbərlik tərəfindən sözlü məzənmət olunaraq, bir daha belə konflikt yaşamaması tövsiyyə olunub.