"Qəbələ" Fernan Lopeslə danışıqlara başladı
- 16 İyn 2020 13:00
- 794
Koronavirus səbəbindən hələ də İspaniyada olan "Qəbələ"nin futbolçusu Fernan Lopes karyerasını yenidən hazırkı klubunda davam etdirə bilər.
Rekord.az xəbər verir ki, Qəbələ təmsilçisi sözügedən futbolçu ilə danışıqlara başlayıb.
Klub büdcənin imkanları daxilində Lopesə yeni müqavilə təklif edib. Futbolçu yaxın 1 həftə ərzində öz qərarını açıqlayacaq. Əldə etdiyimiz məlumata görə, futbolçu özü də "Qəbələ"də qalmağın tərəfdarıdır.