“Qəbələ”dəki maddi durumun pisləşməsinin klubun futbol akademiyasının da fəaliyyətinə mənfi təsirindən danışmışdıq. Hətta qeyd etmişdik ki, Azərbaycanın başqa bölgələrindən uşaq qəbulu dayandırılmış, həmçinin kənardan gələn məşqçi-mütəxəssislər də ixtisara salınmışdı.

Rekord.az-a daxil olan məlumata görə, məhz bu səbəbdən akademiyanın inzibati binası fəaliyyətini dayandırıb.

Akademiyadakıların böyük əksəriyyəti yerli futbolçu və məşqçilərdi ki, onlar da Qəbələdə yaşadıqları üçün akademiyada qalmalarına ehtiyac qalmır.