"Qəbələ"nin maddi durumu klubun futbol akademiyasından da yan keçməyib. Bir müddət əvvəl akademiyaya başqa bölgələrdən uşaq qəbulunun dayandırılması haqda məlumat vermişdik.

Rekord.az-a daxil olan məlumata görə, artıq kənardan gələn məşqçi və texniki heyətlə bağlı da analoji qərarlar verilməyə başlayıb. 

Belə ki, futbolçuların ardından ölkənin digər bölgələrindən gələn məşqçi və texniki heyətin əksəriyyəti ixtisara salınıb. Vəziyyət onlıara izah olunub və özlərinə başqa iş tapmaları xahiş olunub. Bildirilib ki, həmin məşqçilərin Qəbələdə qalmaq və yemək xərclərini qarşılamaq çox çətindir.