"Qəbələ"nin hazırda düşdüyü durum təbii olaraq klubun futbol akademiyasına da təsirsiz ötüşə bilməz.

 

Lakin Rekord.az-ın əldə etdiyi son məlumata görə akademiya ən azı mövsümün sonuna kimi öz qaydasında fəaliyyətinə davam edəcək.

Çünki akademiyanın büdcəsi ayrıdır və öncədən mövsümlük olaraq ayrılır. Məbləğ isə 700 min manatdır. Yəni akademiya üçün hazırda hansısa təhlükə mövcud deyil. Mövsüm başa çatandan sonra isə gələcəklə bağlı hər şey məlum olacaq.