"Qəbələ" yetirməsi olan gənc futbolçu Samir Qurbanovu icarəyə verib.

 

Rekord.az xəbər verir ki, 19 yaşlı cinah yarımmüdafiəçisi karyerasını I Divizionda davam etdirəcək.

 

Belə ki, "Kəpəz" Samiri icarəyə götürüb. O, cari mövsümün sonunadək Gəncə klubunun formasını geyinəcək.  

 

Xatırladaq ki, Samir keçən il Çexiyanın "Viktoriya Jijkov" klubuna keçsə də, orda çox qalmayıb və bu il Qəbələyə qayıdıb. U-19 yığmamızın üzvü olan Qurbanov cari mövsüm "Qəbələ"nin iştirak ərizəsində olsa da, debüt etməyib. (sport24.az)