"Qəbələ" müqaviləsi başa çatan və klubda qalmaq istəyən futbolçularla hələlik yeni müqavilə haqda danışıq aparmır.

Rekord.az-a daxil olan məlumata görə, klub rəhbərliyi komandanın gələcəyindən əmin deyil.

Çünki klubun sponsorları ilə qəti danışıq və razılıq olmayıb. Yalnız bunun baş verməsindən sonra futbolçularla yeni müqavilə ilə bağlı danışıqlara başlanılacaq. Görünən budur ki, iyulun ortasına kimi, qeyri-müəyyənlik davam edə bilər.