"Qəbələ" nəhayət ki, AFFA-nın istədiyini etməyə məcbur olub.

Rekord.az xəbər verir ki, əvəzedicilərin I Divizonda iştirakı üçün federasiyadan 200 min manat tələb etsələr də, yekunda federasiya deyən 150 mini qəbul etməli olublar.

Əldə etdiyimiz məlumata görə, "Qəbələ" rəhbərliyi artıq I Divizionda iştirakla bağlı təsdiq məktubunu da AFFA-ya göndərib.