"Qəbələ" Feras Abu Akalla başa çatan müqavilənin müddətini uzadıb.

Rekord.az-a daxil olan məlumata görə, israilli futbolçu ilk olaraq, getmək fikirinə düşüb.

Lakin təklif aldığı klubların avrokuboklarda oynamaması onu düşünməyə vadar edib. Çünki həmin klublardan fərqli olaraq "Qəbələ" bu il Konfrans Liqasında çıxış edəcək. Abu Akal isə avrokuboklarda oynamağı çox istəyir. Məhz bu istəyinə görə "Qəbələ"də qalmağa razı olub.