"Qəbələ" ilə rayon xəstəxanası arasında qalmaqal
- 24 Sen 2021 13:00
- 659
Xəbər verdiyimiz kimi, Premyer Liqanın 4-cü turunun “Qəbələ” – “Səbail” oyunu gec başlandığı üçün meydan sahibi "Qəbələ" 3200 manat cərimə olunub.
Rekord.az xəbər verir ki, buna səbənb təcili tibboi yardım maşınının arenaya gec gəlməsi olub.
Məlum məsələdir ki, təcili yardım maşını gəlmədən oyun başlaya bilməz. Oyun da gec başlayınca "Qəbələ" cəzadan qaça bilməyib.
Əldı etdiyimiz məlumata görə, bununla bağlı klubla rayonun mərkəzi xəstəxanası arasında əməlli-başlı narazılıq olub. Sərt cəzaya məruz qalan klub rəhbərliyi bunun günahkarı kimi xəstəxana rəhbərliyini görüb. Xəstəxanadan isə bildiriblər ki, həmin gün sıx qrafik olduğundan işləri çox olub və yubanma da bununla bağlı olub. Nəticədə tərəflər arasında qalmaqal yaşanıb. Yekunda xəstəxanadan bildiriblər ki, bir də belə hal yaşanmayacaq.