Azərbaycan Premyer Liqasında 34-cü turun oyunları keçirilir.

Rekord.az xəbər verir ki, “Qəbələ” evdə “Sabah”la görüşəcək.

Qəbələ şəhər stadionunda keçiriləcək görüş iki komanda arasında 27-ci matç olacaq. Bunadək rəqiblər ümumilikdə 26 dəfə görüşüb. Əvvəlki oyunlarda “Qəbələ” 10 dəfə qalib gəlib, 3 dəfə heç-heçə edib və 13 dəfə uduzub. Rəqib qapısına 28 qol vuran “Qəbələ” 40 top buraxıb. 

Bu komandanın heyətində Ülvi İsgəndərov daha çox – 4 dəfə fərqlənib. Davit Volkov, Klesio Bauk və Nikolas Raysel hərəyə 3 qol vurublar.

İndiyədək keçirilən 26 matçdan 22-si çempionat, 4-ü kubok çərçivəsində baş tutub. Premyer Liqada 6 qələbə və 3 heç-heçəsi olan “Qəbələ” 13 qarşılaşmadan xalsız ayrılıb. Top fərqi bakılıların xeyrinədir – 38-20.

“Qəbələ” evdə keçirdiyi 12 görüşdə 5 qələbə qazanıb, 3 heç-heçə edib və 4 dəfə dueldən xalsız ayrılıb. Bu oyunlarda top fərqində paytaxt klubu öndədir – 15-14.

Mayın 12-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” - “Sabah” oyunu saat 17:00-da başlayacaq.