"Qəbələ" indi də "Sabah"ın qapıçısını istəyir
- 04 İyl 2021 17:00
- 914
“Zirə”dən Rəşad Əzizli ilə danışıqlar aparan “Qəbələ” daha bir qapıçıya elçi düşüb.
Rekord.az xəbər verir ki, əyalət təmsilçisi ”Sabah”dan Nicat Mehbalıyevin xidmətində maraqlıdır.
Masazır təmsilçisinə üz tutan “qırmızı-qaralar” gənc kiperi 1 illik icarəyə götürmək niyyətində olduğunu elan edib.
“Qəbələ” hazırda qapıçısız qalıb. Tərlah Əhmədli “Sumqayıt”a yollanıbsa, Anar Nəzirov “Zirə”yə qayıdıb. (sportinfo.az)