"Qəbələ" Fernan Lopeslə yolları ayırır.

Rekord.az xəbər verir ki, buna səbəb ispan futbolçunun özünü doğurultmamasıdır.

Məhz bu səbəbdən ona yeni müqavilə təklif olunmayıb. Mövsüm bərpa olunsa, Lopes Azərbaycana qayıdıb çempionatın qalan hissəsində iştirak edəcək. Yox, əgər Premyer Liqa ləğv olunsa, o zaman ispan özünə yeni klub axtarmalı olacaq.