“Qəbələ” kubok matçına 4 itki ilə çıxacaq
- 19 Dek 2023 03:00
- 324
“Qəbələ” Azərbaycan kubokunun 1/8 final mərhələsində “İmişli” ilə qarşılaşacaq.
Rekord.az xəbər verir ki, bu qarşılaşmanın hazırlığında “qırmızı-qaralar”ın dörd futbolçusu iştirak etməyib.
Ahmed Ayzaya, Gilad Abramov, Zurab Oçiqava və Feras Abu Akal bərpa prosesi keçir.
Xatırladaq ki, sabah Qəbələ şəhər stadionunda keçiriləcək “İmişli” - “Qəbələ” görüşü saat 16:00-da başlayacaq.