“Qəbələ” legioneri ilə yollarını ayırdı
- 30 Avq 2024 14:15
- 155
"Qəbələ" futbolçusu Zurab Oçiqava ilə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
29 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
2023-cü ilin iyulundan komandada çıxış edən ukraynalı oyunçu qırmızı-qara formada 24 matç keçirib. O, Premyer Liqada 21, Azərbaycan Kubokunda 3 oyunda iştirak edib.