"Qəbələ" məşqləri daha erkən bərpa edə bilər
- 11 May 2020 14:00
- 854
Bildiyiniz kimi, "Qəbələ" məşqlərə başlamaq icazəsi ilə AFFA-ya müraciət edib.
Rekord.az xəbər verir ki, buna səbəb regionlarda karantin qaydalarının kifayət qədər yumşaldılması səbəb olub.
Əgər icazə verilərsə "Qəbələ" Premyer Liqa klubları arasında məşqlərə ən erkən başlayan klub olacaq. Çünki klubların demək olar ki, hamısı Bakıda və Abşeronda məskunlaşıb ki, bu bölgə üçün də karantin rejimi hələ ki, tam yumşaldılmayıb. "Qəbələ" isə mayın 14-dən məşqlərə başlamaq istəyir.