Yeni mövsümün ilk turunda səfərdə "Neftçi" ilə 2:2 oynayan "Qəbələ" futbolçularına mükafat vəd edilib.

Rekord.az xəbər verir ki, əyalət təmsilçisinin bu oyunda çempiondan xal alması çoxları üçün gözlənilməz olub.

Elmar Baxşıyevin komandası çox əzmkar və baxımlı oyun oynayıb. Rəhbərlik də futbolçuların əməyini dəyərləndirməyi lazım bilib.