«Qəbələ»nin yetirməsi Rüfət Əhmədovu «Neftçi»yə satmağa razılıq verməsindən məlumatlısız.

Rekord.az xəbər verir ki, paytaxt təmsilçisi 2002-ci il təvəllüdlü müdafiəçiyə görə 150 min manat ödəyəcək.

Bu transfer danışıqları ilə bağlı redaksiyamıza yeni məlumat daxil olub. Əyalət təmsilçisi Milan Obradoviçin U-21 yığmasına da dəvət etdiyi arxa xətt oyunçusunu indi «ağ-qaralar»ın düşərgəsinə göndərmək istəmir.

Məsələ belədir ki, qəbələlilər onun yeni mövsümdə də burada qalmasına təkid edir. Yəni, «Neftçi» Rüfətin transfer hüququnu alsın və onlara 1 illik icarəyə versin – özü də pulsuz.

«Qəbələ» görüşmələrin başındaa 200 min maanat təzminat tələb edirdi. Sonradan 50 min manat güzəştə getmələrinin bir səbəbi də budur. (sportinfo.az)