«Qəbələ»nin yeni mövsümlə bağlı planlarına hələ aydınlıq gəlməyib.

Rekord.az xəbər verir ki, klubun baş meneceri Zaur Əzizovun sportinfo.az-a bildirdiyinə görə, bu, bir müddət sonra məlum olacaq.

Belə ki, koronavirus pandemiyasının davam etməsi bütün sahələrdə olduğu kimi, əyalət təmsilçisində də durğunluq yaradıb.

Əzizovun bildirdiyinə görə, müqaviləsi bitən futbolçularla görüş keçiriləcək və bundan irəli gələn məsələlər müzakirə ediləcək. Hələlik yeni büdcə bilinmədiyindən, istər legionerlər, istərsə də yerlilər gözləmə mövqeyindədir.