"Qəbələ" növbəti mövsüm də AFFA-dan yardım istəyəcək ÖZƏL!
- 03 Mar 2021 13:00
- 761
Məlum olduğu kimi, maddi sıxıntı çəkən "Qəbələ" cari mövsüm öncəsi AFFA-dan yardım istədi və federasiya da qəbələlilərə illik 1.5 milyon manatlıq maddi yardım ayırdı. Həmin vəsait aylara bölünərək hər ay klubun hesabına köçürülür.
Rekord.az-a daxil olan məlumata görə, Qəbələ təmsilçisi növbəti mövsümlə bağlı da AFFA-ya müraciət etməyi düşünür.
Çünki klubun maddi durumunda irəliləyiş yoxdur və yeni sponsor tapılması da real görünmür. "Gilan Holdinq" və "Milla"nın ayırdığı vəsait isə çox azdır.