“Qəbələ” “Qarabağ”la oyuna 3 itki ilə hazırlaşır
- 24 Sen 2023 16:46
- 252
“Qəbələ” Premyer Liqanın 7-ci turunun sabah keçiriləcək oyununda “Qarabağ”la qarşılaşacaq.
Rekord.az xəbər verir ki, matç Qəbələ şəhər stadionunda baş tutacaq.
Ev görüşünün hazırlığında “qırmızı-qaralar”ın üç futbolçusu iştirak etmir. 6-cı turun “Turan Tovuz”la səfər qarşılaşmasında (2:2) zədə aldığı üçün əvəzlənən Ürfan Abbasov müalicəsini davam etdirir. Asif Məmmədov və Fares Abu Akel isə bərpa prosesi keçir.
Xatırladaq ki, sabah Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Qarabağ” görüşü saat 19:00-da başlayacaq.