"Qəbələ" qırmızı vərəqə alan futbolçunu göndərəcək?
- 16 Mar 2021 13:00
- 222
Xəbər verdiyimiz kimi, AFFA İntizam Komitəsi "Qəbələ"nin yarımmüdafiəçisi Merab Giqaurini 3 oyunluq cəzalandırıb.
Rekord.az xəbər verir ki, buna səbəb gürcüstanlı oyunçunun Premyer Liqanın XX turunda "Zirə" ilə 1:1 hesablı heç-heçə etdikləri qarşılaşmada “təcavüzkar davranış”a görə birbaşa qırmızı vərəqə almasıdır.
Əyalət təmsilçisi 29-cu dəqiqədə rəqibinə dirsək atan legionerinə görə 2400 manat məbləğində cərimələnib.
Əldə etdiyimiz məlumata görə, gürcü futbolçunun bu hərəkəti klub rəhbərliyini qəzəbləndirib. Hətta onun komandadan qovulması variantı da istisna edilmir. Ən yaxşı halda pul cəzası alacaq. Rəhbərlik bununla bağlı yekun qərarını yaxın zamanlarda verəcək.