Son turda qeydə alınan nəticələrdən sonra "Qəbələ" turnir cədvəlində sonuncu pilləyə düşsə də, rəhbərlik baş məşqçi Elmar Baxşıyevə güvənməkdə davam edəcək.

Rekord.az-a daxil olan məlumata görə, ən azı qışa qədər rəhbərlik ona toxunmayacaq.

Əgər qış fasiləsinə qədər komanda sonuncu pillədən qurtula bilməsə, o zaman fərqli qərarların olacağı istisna edilmir.